İŞİD Ərəbistandakı partlayışın məsuliyyətini üzərinə götürüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195966-İŞİd_Ərəbistandakı_partlayışın_məsuliyyətini_üzərinə_götürüb
Terrorçu İŞİD qrupu Ərəbistandakı partlayışın məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2015 06:19 Asia/Baku
  • İŞİD Ərəbistandakı partlayışın məsuliyyətini üzərinə götürüb
    İŞİD Ərəbistandakı partlayışın məsuliyyətini üzərinə götürüb

Terrorçu İŞİD qrupu Ərəbistandakı partlayışın məsuliyyətini üzərinə götürüb.

Frans-Press-in məlumatına görə, terrorçu İŞİD qrupu bir bəyanatda dünən üç nəfərin ölməsi və yaralanması ilə nəticələnmiş Ərriyad partlayışının məsuliyyətini üzərinə götürüb.
Ərəbistan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış amili olan Abdullah Fəhd Abdullah bu ölkənin paytaxtındakı bir yoxlama-buraxılış məntəqəsinə yaxınlaşandan və polis məmurları tərəfindən mühasirə olunduqdan sonra öz avtomobilini mühafizə olunan Əlhair zindanının yaxınlığında partladıb.
İki ay bundan qabaq da Ərəbistanın şərqindəki iki şiə məscidində terror partlayışı baş vermiş və 25 nəfər həlak olmuşdu. Terrorçu İŞİD qrupu həmin partlayışın məsuliyyətini də öz üzərinə götürmüşdü.