Əl-Ənbar vilayətinin azad edilməsi əməliyyatı davam edir
İyul 20, 2015 17:30 Asia/Baku
-
Əl-Ənbar vilayətinin azad edilməsi əməliyyatı davam edir
Əl-Ənbar vilayətinin terrorçuların işğalından azad edilməsi əməliyyatında iştirak edən iraqlı qüvvələrin irəliləməsi ilə Fəllucənin mühasirəsi daha da daralır.
Livanın əl-Məyadin telekanalının verdiyi məlumata görə, İraqda könüllü xalq qüvvələrinin sözçüsü olan Kərim Nuri İŞİD terrorçularının əlaqə yollarının kəsilməsinə işarə edərək, sakinlərin şəhərdən çıxarılması üçün təhlükəsiz koridorun yaradılması ilə Fəllucə şəhərinin azad edilməsi əməliyyatının başlanacağından xəbər verib.İraqdan daxil olan başqa bir məlumata görə, İraqın Müdafiə Naziriyi bir bəyanat yayaraq, bildirib ki, İraq ordusunun Fəllucə şəhərində İŞİD terrorçularının mövqelərinə qarşı raket hücumlarında 18 terrorçu ölüb.
Həmçinin, İraqın təhlükəsizlik qüvvələri İŞİD terrorçularının Fəllucənin mühasirəsini yarmaq üzrə cəhdini önləyib və 12 terrorçunu məhv ediblər.
İraq polisinin komandanı Şakir Cövdət isə Rəmadi şəhərinin ətrafında 14 terrorçu snayperin öldürülməsindən xəbər verib.
İraq polisinin rəisi də İŞİD terrorçularının Həbaniyə məntəqəsindən geri çəkilməsi zamanı 15 terrorçunun həbs edilməsindən xəbər verib və deyib: İraqlı qüvvələr İŞİD-in 20 snayperinin gizləndiyi məkanları hədəfə alıblar.