İsrail rejiminin fələstinlilərə qarşı cinayətləri davam edir
İyul 21, 2015 08:42 Asia/Baku
-
İsrail rejiminin fələstinlilərə qarşı cinayətləri davam edir
Sionist rejim hərbçiləri Qərb Sahilində fələstinlilər yaşayan bir məntəqəyə hücum edərək, bir qrup fələstinlini yaralayıblar.
İşğal olunmuş ərazilərdən daxil olan məlumatlara görə, İsrail rejimi hərbçiləri ötən gecə Qərb Sahilində, əl-Xəlil şəhərinin yaxınlığında yerləşən Beyt Əmr məntəqəsinə basqın edərək, fələstinlilərə tərəf atəş açmağa başlayıblar. Sionist rejim hərbçilərinin döyüş güllələrindən və gözyaşardıcı qazlardan istifadə etmələri onlarla nəfərin yaralanmasına və xəsarət almasına səbəb olub.Əl-Xəlildə Xalq Müqavimət Komitələrinin rəhbər üzvlərindən olan Məhəmməd Əvəz bu barədə deyib: Beyt Əmrdə fələstinlilər və işğalçı qüvvələr arasındakı toqquşma, fələstinlilərin əkin sahələrində yanğının baş verməsi və bunun ardınca sionist rejim hərbçilərinin Beyt Əmr məntəqəsinə və Səmud məscidinin ətrafına yürüş etməsi və fələstinlilərə tərəf atəş açmaları nəticəsində baş verib.
Sionist rejim ordusu həmçinin, Beyt Əmr sakinlərindən olan 3 nəfərə yaşayış məqsədilə apardıqları tikintiləri dayandırmaları barədə xəbərdarlıq edib.
Teqlər