Ər-Rəmadidə 130 İŞİD-çi öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196156-Ər_rəmadidə_130_İŞİd_çi_öldürülüb
İraq ordusu və müqavimət qüvvələri Ər-Rəmadinin şərqində iki bölgəni İŞİD terrorçularından təmizləyib və 130 terrorçunu məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2015 04:06 Asia/Baku
  • Ər-Rəmadidə 130 İŞİD-çi öldürülüb
    Ər-Rəmadidə 130 İŞİD-çi öldürülüb

İraq ordusu və müqavimət qüvvələri Ər-Rəmadinin şərqində iki bölgəni İŞİD terrorçularından təmizləyib və 130 terrorçunu məhv ediblər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İraqın əl-Anbar vilayətinin əl-Xalidiyyə rayonu Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim əl-Fəhdavi deyib: İraq ordusu və xalq qüvvələri böyük bir əməliyyat keçirərək iki bölgəni İŞİD-dən azad edib və 130 terrorçunu öldürüblər.
İbrahim əl-Fəhdavi əlavə edib: Əl-Kərişan və Təl əl-Şəhd bölgələrinin azad olunması ilə nəticələnən bu əməliyyatda terrorçulara məxsus onlarla avtomobil məhv edilib.
Bu məlumata görə, İraq xalq qüvvələri Fəllucə şəhərinin şimal-şərqində Cərrah kəndini İŞİD terrorçularından azad ediblər.
Xalq qüvvələrinin informasiya xidməti həmçinin iraqlı qüvvələrin əl-Anbar vilayətində irəliləmələrini və vilayətdə İŞİD terrorçularının mövqelərini bombaladığını bildirib.
Əl-Anbar vilayətinin azad olunması əməliyyatı bazar ertəsi günü səhərdən on min iraqlı qüvvənin iştirakı ilə başlanıb.