İyul 24, 2015 14:45 Asia/Baku
  • Türkiyənin anti-terror polisi müxalifətə qarşı geniş əməliyyata başlayıb
    Türkiyənin anti-terror polisi müxalifətə qarşı geniş əməliyyata başlayıb

Türkiyənin 5 min polis məmuru vertolyotların dəstəyi ilə İstanbulda hökumət müxaliflərinə qarşı geniş əməliyyata başlayıb.

Səhər Beynəlxalq Televiziyasının Doğan İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, bu əməliyyat PKK, İŞİD terror qruplaşması, Xalq Azadlığı İnqilab Cəhbəsi qrupu üzvlərinə qarşı başlayıb və İstanbul şəhərinin 28 məkanında davam edir.
Bu məlumata görə, bu əməliyyatda indiyə qədər müxaliflərdən biri öldürülüb.
Türkiyədəki qarşıdurmalar 4 gün öncədən Türkiyənin cənubunda Suriya sərhədi yaxınlığında 32 nəfərin ölməsi və təxminən 100 nəfərin yaralanması ilə nəticələnən Suruç şəhərində kürd tərəfdarı olan fəallara qarşı terror əməliyyatından sonra başlanıb.
Türkiyə kürdləri İŞİD terror qruplaşmasının qarşısının alınması üçün əlavə addımların atılmasında Ankaranın nöqsanları adlandırdığı məsələdən qəzəbləniblər.
Türkiyə Kürdüstan Fəhlə Partiyası PKK bir müddət öncə Ankaranın Suriya kürdləri qarşısında İŞİD terror qruplaşmasını dəstəklədiyini elan edərək Turkiyə hökumətinin Suruçdakı terror aktında məsuliyyət daşıdığını bildirib.

Teqlər