Fələstinli əsirlər sionist rejim məhbəsində acınacaqlı şəraitdədirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196201-fələstinli_əsirlər_sionist_rejim_məhbəsində_acınacaqlı_şəraitdədirlər
Fələstinli Əsirlərin Araşdırmalar Mərkəzi sionist rejim həbsxanalarında əsirlərin acınacaqlı vəziyyətdə olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2015 05:06 Asia/Baku
  • Fələstinli əsirlər sionist rejim məhbəsində acınacaqlı şəraitdədirlər
    Fələstinli əsirlər sionist rejim məhbəsində acınacaqlı şəraitdədirlər

Fələstinli Əsirlərin Araşdırmalar Mərkəzi sionist rejim həbsxanalarında əsirlərin acınacaqlı vəziyyətdə olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının əl-Risalə xəbər portalına istinadla verdiyi məlumata görə, Fələstinli Əsirlərin Araşdırmalar Mərkəzi sionist rejimin əl-Nəqəb həbsxanasında fələstinlilərin ağır vəziyyətinə toxunaraq bildirib: Əl-Nəqəb həbsxanasından fələstinli əsirlərin şəraiti səhiyyə xidmətlərinin olmaması və isti hava şəraitinin davam etməsinə görə ağırdır.
Fələstinli Əsirlərin Araşdırmalar Mərkəzi əl-Nəqəb həbsxanasında havanın temperaturunun 40%-dən yuxarı çatdığına toxunaraq zəhərli ilanlar, həşaratlar və canlıların həbsxanalara daxil olmasından nigaranlıq edib.
Fələstinli Əsirlərin Araşdırmalar Mərkəzinin bəyanatında bildirilir: Sionist rejim başçıları hələ də fələstinli əsirlərə qarşı amansızlıqları davam etdirirlər.
Fələstində Uşaqların Müdafiəsi Beynəlxalq Hərəkat da şənbə günü bir bəyanatda 2015-ci ilin ilk yarısı üzrə faktlara əsaslanaraq bildirib: Fələstinli əsir uşaqlardan 86%-i dindirilmə zamanı fiziki təzyiqə məruz qalır. Bu isə belə halların ötən illə müqayisədə 10% artdığını göstərir.
Sionist hərbçilər təkcə bu ilin ilk yarısında İordan çayının qərb sahilində, Qüds və Qəzzə zolağında 23 fələstinlini şəhid və 2156 fələstinlini həbs ediblər.
Hazırda təxminən 7 min fələstinli sionist rejim məhbəslərində saxlanılır.