Türkiyə tərəfindən İraq hakimiyyətinin pozulmasına etiraz davam edir
İyul 29, 2015 04:16 Asia/Baku
-
Əbdülbari Zibari
İraq parlamentinin xarici əlaqələr komissiyası bu ölkə ərazisinin Türkiyə tərəfindən pozulmasına etirazını bildirib.
Səhər Beynəlxalq Televiziyasının İraqın Süməriyyə nyuz xəbər portalına istinadla verdiyi məlumata görə, İraq parlamenti xarici əlaqələr komissiyasının sədri Əbdülbari Zibari çərşənbə axşamı günü deyib: İraq Nümayəndələr Məclisi qarşılıqlı hörmət, daxili məsələlərdə müdaxilə etməmək və iki ölkə xalqının müştərək mənafeyinin qorunmasına əsasən Türkiyə ilə ikitərəfli münasibətlərin genişlənməsini istəyir.Türkiyə tərəfindən İraqın hava zolağı və ərazi bütövlüyünün pozulmasına qarşı çıxdığını bildirən Zibari əlavə edib: Bu siyasətlərin davam etməsi iki ölkə əlaqələrinə mənfi təsir göstərir.
Bu arada İraq Nazirlər Kabineti və xarici işlər naziri İbrahim Cəfəri çərşənbə axşamı günü Türkiyənin İraq sərhədlərinə hava hücumları barədə nigaranlıq edərək bu hücumları iki ölkənin yaxşı münasibətlərinə zidd və təhlükəli adlandırıblar.
Cümə gecə Türkiyə qırıcı təyyarələri rəsmi Bağdadla heç bir koordinasiya olmadan İraqın şimalında PKK-nın mövqelərini bombardman ediblər.
Teqlər