İyul 30, 2015 19:31 Asia/Baku
  • İraqın müxtəlif vilayətlərində İŞİD əleyhinə əməliyyatlar davam edir
    İraqın müxtəlif vilayətlərində İŞİD əleyhinə əməliyyatlar davam edir

İraq qüvvələri bu ölkənin müxtəlif vilayətlərində terrorçulara qarşı əməliyyatları davam etdirirlər.

Səhər Beynəlxalq Televiziyasının əl-Fərat xəbər portalına istinadla verdiyi məlumata görə, İraqın təhlükəsizlik qüvvələri könüllü və köçəri qüvvələrin dəstəyi ilə Ər-Rəmadi şəhərinin cənubunda əl-Anbar Universitetinin ətrafında keçirdiyi əməliyyatda təkfirçi terrorçulara aid silah və partlayıcı maddələr anbarını aşkarlayıb və zəbt ediblər.
Əl-Anbar vilayəti əməliyyat komandanlığının bir hərbi rəsmisinin sözlərinə görə, təhlükəsizlik və könüllü qüvvələr Ər-Rəmadinin şərqində HƏsibə məntəqəsində terrorçulara hücumda Əbu Səyyaf əl-Ənsari adlı İŞİD başçısını və onunla birlikdə olan 5 nəfəri öldürüb və onların bir neçə avtomobilini məhv ediblər.
Könüllü qüvvələrin Seyyidüş-Şühəda batalyonları da Kərkükün cənub-qərbində əl-Həvicədə terrorçuların gizli məkanına hücumda ən azı 28 İŞİD-çinin öldürüldüyünü və yaralandığını bildiriblər.
Bu arada əl-Anbar vilayətində bir hərbi rəsmi bildirib: Ər-Rəmadinin qərb mehvərlərində təhlükəsizlik qüvvələrinə hücum etməyə cəhd göstərən 10 İŞİD-çi, o cümlədən bir çeçen terrorçu öldürülüb.
Səlahəddin vilayətində federal polis komandanlığı da bildirib ki, bu qüvvələr xüsusi tapşırıqlar üzrə bölmə Bici neftayırma zavodunun şimal hissələrini terrorçulardan təmizləmək üçün əməliyyata başlayıb. Əməliyyatda onlarla terrorçu öldürülüb və onların pulemyotlarla təchiz olunmuş avtomobilləri məhv edilib.
Həmçinin beynəlxalq koalisiya qüvvələrinin Diyalə vilayətinin mərkəzində yerləşən Bəqubənin şimal-şərqində terrorçuların mövqelərinə hücum nəticəsində 16 İŞİD-çi öldürülüb.

Teqlər