İŞİD-çilər İraq ordusu ilə savaşdan qaçmaq cinayəti ilə edam olunur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196351-İŞİd_çilər_İraq_ordusu_ilə_savaşdan_qaçmaq_cinayəti_ilə_edam_olunur
İŞİD terrorçularının İraq ordusu ilə döyüşməkdən qaçmaq cinayəti ilə edam edilməsi prosesi davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2015 09:09 Asia/Baku
  • İŞİD-çilər İraq ordusu ilə savaşdan qaçmaq cinayəti ilə edam olunur
    İŞİD-çilər İraq ordusu ilə savaşdan qaçmaq cinayəti ilə edam olunur

İŞİD terrorçularının İraq ordusu ilə döyüşməkdən qaçmaq cinayəti ilə edam edilməsi prosesi davam edir.

Səhər Beynəlxalq Televiziyasının İraqın əl-Rəy əl-Am xəbər portalına istinadla verdiyi məlumata görə, bir təhlükəsizlik rəsmisi deyib: İŞİD terror qruplaşması 19 üzvünü əl-Anvar vilayətinin Fəllucə şəhərində İraq ordusu ilə döyüşməkdən qaçmaq cinayəti ilə edam edib.
Bu məlumata görə, İraq ordusu və könüllüq qüvvələrin əl-Anbar vilayətinin işğal olunmuş ərazilərinin azad olunması istiqamətində irəliləyişləri ilə İŞİD terrorçuları və başçılarının Hit və əl-Qaim bölgələri və Türkiyəyə qaçmaları prosesi davam edir.
İŞİD-çilər həmçinin müharibələrdə öldürülən terrorçular və başçıların yerini doldurmaq üçün bu qruplaşmaya üzv qadınları məcbur edib ki, Ər-Rəmadi şəhərində ələ silah götürərək İraq ordusu qüvvələri ilə döyüşsünlər.