Fələstinli körpənin yandırılması cinayəti pislənilir
Avq 01, 2015 04:22 Asia/Baku
-
Fələstinli körpənin yandırılması cinayəti pislənilir
BMT Təhlükəsizlik Şurası, Fələstinin Həmas və İslami Cihad Hərəkatının rəhbərləri İordan çayının qərb sahilində Nablosun Duma kəndində fələstinli körpənin sionistlər tərəfindən yandırılması cinayətini sərt şəkildə pisləyiblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurası sionist qəsəbə sakinlərinin İordan çayının qərb sahilində Nablosun Duma kəndində körpəni yandırması cinayətini pisləyib.İran Xarici İşlər Nazirliyinin sözçüsü də bir fələstinli südəmər körpənin diri-diri yanması ilə nəticələnən bir yaşayış massivinin yandırılması ilə bağlı sionistlərin cinayətini sərt şəkildə pisləyib.
Həmas Hərəkatının yüksək səviyyəli rəhbərlərindən İsmayıl Rizvan deyib: İfratçı yəhudilərin Dəvabşənin evini və ailənin körpəsi Əli Dəvabşəni diri-diri yandırdıqları zaman sionist rejimlə təhlükəsizlik əməkdaşlığı edən Fələstin Özünüidarə Təşkilatı və onun təhlükəsizlik qurumu harada idilər? Fələstin Özünüidarə Təşkilatı Fələstin xalqını dəstəkləmək yerinə, təəssüflər olsun ki, yəhudi ifratçıları və qəsəbə salmanı dəstəkləyir.
Digər tərəfdən İslami Cihad Hərəkatının yüksək səviyyəli rəhbərlərindən Xalid əl-Bətş də deyib: Biz əgər Qahirə anlaşmasının maddələri, hətta son vaxtlar İordan çayının qərb sahilində əldə olunan qərarları yerinə yetirəriksə və İsraillə təhlükəsizlik əməkdaşlığına son qoyarıqsa, əslində irəliyə doğru bir addım atmışıq. Bu dəhşətli cinayətə cavab vermək üçün ən yaxşı seçim Fələstinin milli vəhdətidir.
Duma cinayəti İordan çayının müxtəlif şəhərləri, o cümlədən Qüds, Nablos və Ramullah şəhərlərində fələstinlilərin sionist hərbçilərlə qarşılıaşmalarına səbəb olub.
Bu cinayət müxtəlif ölkələr, o cümlədən İordaniyaya da təkan verib. Minlərlə nəfər küçələrə axışaraq etiraz ediblər.
Teqlər