Həskə şəhəri tam şəkildə Suriya qüvvələrinin nəzarətində
Avq 01, 2015 19:38 Asia/Baku
-
Həskə şəhəri tam şəkildə Suriya qüvvələrinin nəzarətində
Suriya ordusu və xalq qüvvələri bu ölkənin şimal-şərqində yerləşən Həskə şəhərinə nəzarəti tam şəkildə bərpa ediblər.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Suriya ordusu və xalq qüvvələri 5 gün öncədən başlatdıqları əməliyyat nəticəsində Həskə şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edə və bu şəhərə nəzarəti ələ keçirə biliblər.Suriya qüvvələrinin İŞİD terrorçularını Həskə şəhərindən çıxarmaq üzrə əməliyyatda əksəriyyəti xarici ölkələrin vətəndaşları olan onlarla İŞİD terrorçusu öldürülüb.
Suriya ordusu qüvvələri həmçinin terrorçuların Hələb şəhərinin yaxınlığında müvəqqəti hərbi bazaya hücumunu zərərsizləşdirib və 25 terrorçunu öldürüblər.
Suriyadan əldə olunan digər bir məlumata görə, Suriya insan haqlarına nəzarət adlanan qrup bildirib ki, Suriyanın sahil bölgələrinin müdafiəsi üçün əsaslı əhəmiyyət kəsb edən bu ölkənin şimal-qərbində yerləşən strateji Səhlul-Qab çöllüyü İŞİD terrorçularından təmizlənib.
Suriya ordusu və xalq qüvvələri Səhlul-Qab strateji çöllüyünün təmizlənməsi üzrə əməliyyatda ən azı 39 terrorçunu öldürüblər.