Fələstinli gənclər irqçilik divarının bir hissəsini dağıtdılar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196423-fələstinli_gənclər_irqçilik_divarının_bir_hissəsini_dağıtdılar
Fələstinli gənclər sionistlərin son cinayətinə reaksiyada Qüdsün Əbudis şəhərciyində irqçi ayrıcı divarın bir hissəsini dağıdıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2015 08:53 Asia/Baku
  • Fələstinli gənclər irqçilik divarının bir hissəsini dağıtdılar
    Fələstinli gənclər irqçilik divarının bir hissəsini dağıtdılar

Fələstinli gənclər sionistlərin son cinayətinə reaksiyada Qüdsün Əbudis şəhərciyində irqçi ayrıcı divarın bir hissəsini dağıdıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Qüds telekanalına istinadla verdiyi məlumata görə, Fələstin Müqaviməti Gənclər Hərəkatı sionistlərin fələstinli körpəni diri-diri yandırmasına reaksiyada ötən gecə Qüdsün şərqində Əbudis şəhərciyində sionist rejim hərbçiləri ilə toqquşub və irqçi ayrıcı divarın bir hissəsini dağıdıblar.
Sionist qəsəbə sakinlərinin fələstinli körpə Əli Səəd Dəvabşəni diri-diri yandırması fələstinlilərin qəzəbinə səbəb olub. Müqavimət qrupları bu körpə şəhidin intiqamını tezliklə alacaqlarını bildiriblər.