Livanda sionistlərin casusu yaxalanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196474-livanda_sionistlərin_casusu_yaxalanıb
Livan Hizbullahının təhlükəsizlik xidmətləri sionist rejimin MOSSAD casusluq orqanı ilə bağlı olan casuslardan birini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2015 09:07 Asia/Baku
  • Livanda sionistlərin casusu yaxalanıb
    Livanda sionistlərin casusu yaxalanıb

Livan Hizbullahının təhlükəsizlik xidmətləri sionist rejimin MOSSAD casusluq orqanı ilə bağlı olan casuslardan birini həbs ediblər.

Fələstinli Səma xəbər agentliyinin məlumatına görə, 43 yaşlı Nasir Hərb sionist rejimin xarici casusluq orqanı- MOSSAD üçün casusluq günahı ilə aşkarlanaraq, həbs edilib.
Bu məlumata görə, Almaniya vətəndaşlığı olan Nasir Hərb Livan Hizbullahına aid xəstəxanaların birində soyuducu sistemlərin mühəndisi adı altında MOSSAD-ın muzdluları və casusları ilə əlaqədə olubdur.
İsrail rejimi 2006-cı ildə Livan Hizbullahına qarşı 33 günlük savaşdakı məğlubiyyətindən sonra Hizbullaha qarşı kəşfiyyat müharibəsi salıbdır.
2009-cu ilin aprelindən bəri Livanda yüzdən yuxarı şübhəli, o sıradan rabitə işçiləri və təhlükəsizlik qüvvələri MOSSAD ilə əlbir olmaq ittihamı ilə həbs olunub.