Ərəbistanın daxili işlər naziri "terrorizmlə mübarizənin" artırılacağını bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196607-Ərəbistanın_daxili_işlər_naziri_terrorizmlə_mübarizənin_artırılacağını_bildirib_
Ərəbistanın daxili işlər naziri iddia edib ki, terrorizm ilə mübarizəni gücləndirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2015 09:44 Asia/Baku
  • Ərəbistanın daxili işlər naziri
    Ərəbistanın daxili işlər naziri "terrorizmlə mübarizənin" artırılacağını bildirib

Ərəbistanın daxili işlər naziri iddia edib ki, terrorizm ilə mübarizəni gücləndirəcək.

İRİB-nin məlumatına görə Məhəmməd bin Naif şənbə günü Ciddə şəhərində keçirilən təhlükəsizlik iclasında iddia edib ki, Əsir məntəqəsində təhlükəsizlik qüvvələrinə aid məsciddə törədilən partlayış bu ölkənin terrorizm ilə daha qətiyyətli şəkildə mübarizənin aparılması üzrə siyasətini daha da möhkəmləndirmiş olacaq.
Ərəbistanın Əbha şəhərində təhlükəsizlik qüvvələrinə məxsus məsciddə törədilən partlayışda 17 nəfər təhlükəsizlik qüvvəsi ölmüş, daha 25-i isə yaralanmışdı.
Bundan öncə bir çox ekspert Ərəbistanın terrorizmi himayə etməsi siyasətinin, Ərəbistan Yarımadasında gərginliyin artmasına səbəb olacağı barədə xəbərdarlıq etmişdilər.