Sionist qəsəbə sakinləri əl-Əqsa məscidinə hücum ediblər
Avq 09, 2015 14:13 Asia/Baku
-
Sionist qəsəbə sakinləri əl-Əqsa məscidinə hücum ediblər
Sionist qəsəbə sakinləri bir daha əl-Əqsa məscidinə hücum və bu müqəddəs məkana hörmətsizlik ediblər.
Misirin əl-Şərq əl-Əvsət informasiya agentliyinin verdiyi məlumata görə, sionist qəsəbə sakinləri bu gün səhər sionist rejim hərbçilərinin himayəsi altında Babül-Müğaribə qapısı istiqamətindən əl-Əqsa məscidinə doğru yürüş ediblər. Buraya toplaşan fələstinlilər isə "Allahu Əkbər" deyərək, sionistlərin bu təhrik edici hərəkətinə etiraz ediblər. Sionist qəsəbə sakinləri isə "ərəbləri öldürün" mənasında olan təhrik edici şüarlar veriblər.Sionist qruplar və təşkilatlar son günlər öz tərəfdarlarını əl-Əqsa məscidinə yürüş etməyə dəvət edirlər.
Teqlər