İsrail hərbçiləri Qərb Sahilində bir fələstinli gənci şəhid ediblər
Avq 10, 2015 09:34 Asia/Baku
-
İsrail hərbçiləri Qərb Sahilində bir fələstinli gənci şəhid ediblər
Sionist rejim hərbçiləri Qərb Sahilində bir fələstinli gənci şəhid ediblər.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Ənəs Müntəsir adlı fələstinli gənc sionistlərin cinayətlərinə cavab olaraq, Qərb Sahilində bir İsrail hərbçisinə hücum etdikdən sonra, hərbçilər atəş açaraq, onu şəhid ediblər.Sionist qəsəbə sakinlərinin İsrail hərbçilərinin dəstəyi ilə Dəvabişə ailəsinə hücum etmələri, onları evlərinin içərisində diri-diri yandırmalarının ardınca Qərb Sahilində gərginlik xeyli artıb. Sionist qəsəbə sakinlərinin törətdiyi yanğında 18 aylıq körpə olan Əli Dəvabişə diri-diri yanaraq, şəhid olmuşdu. Bu hadisədən 6 gün sonra Əli Dəvabişənin atası Səəd Dəvabişə də aldığı yaraların ağırlığı üzündən şəhid oldu. Həkimlərin dediyinə görə Əli Dəvabişənin anasının vəziyyəti də ağırdır. Yanğında ağır xəsarət alan və üzərində cərrahiyyə əməliyyatı aparılan ailənin digər övladının vəziyyəti də ağır olaraq qalmaqdadır. Sionist rejim ötən bir neçə gündə əl-Əqsa məscidinə və Qərb Sahili sakinlərinə qarşı hücumlarını xeyli artırıb.
18 aylıq südəmər körpənin sionist qəsəbə sakinləri tərəfindən diri-diri yandırılması İsrail rejiminə qarşı dünya səviyyəsində nifrət dalğasının artmasına səbəb olub.
Teqlər