İraqın şərqində qanlı terror
Avq 11, 2015 06:08 Asia/Baku
-
İraqın şərqində qanlı terror
İnformasiya qaynaqları İraqın şərqində törədilən partlayışlar və terror aktlarında ölü və yaralı sayının 140 nəfərə çatdığını bildiriblər.
Röytersin məlumatına görə, İraqn xəstəxana mənbələri bildiriblər ki, İraqın şərqində, Diyalə vilayətinin mərkəzi olan Bəqubə şəhərinin şimal və şərqində baş vermiş 2 güclü partlayış nəticəsində ümumilikdə 47 nəfər həlak olub, 100-dən çox insan da yaralanıb.Xəstəxana mənbələri bəzi yaralıların vəziyyətinin ağır və hadisənin insan tələfatının artması ehtimalının olduğunu bildiriblər.
Bu iki terror aktının qurbanları əsasən qadınlar və uşaqlardır.
İŞİD terror qruplaşması Bəqubə şəhərində törədilən partlayışların məsuliyyətini öz üzərinə götürüb.
Təqribən bir ay öncə də İraqın Diyalə vilayətində, Xan Bəni Səəd şəhərində törədilən terror aktında yüzdən artıq insan ölmüşdü. O zaman da terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürmüşdü.
Teqlər