Sionist rejim fələstinlilərin sayının artmasının qarşısını alır
Avq 23, 2015 09:26 Asia/Baku
-
Sionist rejim fələstinlilərin sayının artmasının qarşısını alır
Sionist rejim 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərin sayının artmasının qarşısını almaq üçün onların yenidən evlənmələrinin qarşısını alır.
Əlcəzirə net xəbər portalınınn məlumatına görə, sionist rejimin ədliyyə naziri Ayelet Shaked bu rejimin fələstinli kişilər, xüsusən Nəqəb məntəqəsindəki köçəri tayfalar arasında çoxarvadlılıq fenomeni ilə mübarizə üzrə yeni proqramından xəbər verib.Fələstinlilərin yenidən evlənmə fenomeni ilə mübarizə proqramı çərçivəsində birdən çox arvadı olan şəxslərin övladları sığorta, təhsil və sosial xidmətlərdən məhrum olacaqlar və həmin şəxslər beş ilədək həbs cəzası daxil olmaqla cinayət cəzaları alacaqlar.
Ekspertlərin fikrincə, qadınları himayə və onların cəmiyyətdəki yerlərinin yüksəldilməsi adı altında həyata keçirilən bu proqram sionistlərin fələstinlilərin sayının artmasından qorxmalarının və onların bu gedişi dayandırmaq üzrə səylərinin əlamətidir.
Sionist rejimin ədliyyə nazirliyinin statistikalarına əsasən, Nəqəb məntəqəsindəki ərəb kişilərin 36 faizi birdən çox arvada mallikdir.
Teqlər