Sionistlərin fələstinli məntəqələrə qarşı hücumları davam edir
Sen 04, 2015 05:35 Asia/Baku
-
Sionistlərin fələstinli məntəqələrə qarşı hücumları davam edir
Sionist rejim hərbçiləri Fələstin xalqına qarşı cinayətlərinin davamında Qəzzə zolağı və İordan çayının qərb sahilindəki bir sıra məntəqələrə hücum ediblər.
İordaniyanın Petra xəbər agentliyinin məlumatına görə, Qəzzə Təcili Yardı Mərkəzinin sözçüsü Əşrəf Əlqədrə bildirib ki, sionist rejim hərbçiləri cümə axşamı günü gecə Qəzzə zolağının şimalında yerləşən Beyt Lahiya məntəqəsində bir fələstinli uşağa atəş açaraq, onu yaralayıblar.Belə bir halda, sionist rejim qırıcıları cümə axşamı günü Qəzzə zolağını raketlə hədəfə alıblar.
Sionist işğalçılar həmçinin cümə axşamı günü İordan çayının qərb sahilində yerləşən Ramullah şəhərinin şərqindəki bir kəndə basqın edərək, dörd fələstinli mənzilni dağıdıblar.
Belə bir halda, onlarla sionist qəsəbə sakini İordan çayının qərb sahilindəki Nablus şəhərinin şərqində yerləşən Bəlatə şəhərində Həzrət Yusif(ə)-ın qəbrinə hücum edərək, fələstinlilərlə toqquşublar.
Teqlər