Suriya orduda rus qüvvələrin iştirakını təkzib edib
Sen 09, 2015 06:10 Asia/Baku
-
Suriya orduda rus qüvvələrin iştirakını təkzib edib
Suriyanın informasiya naziri terrorçularla mübarizə üçün Suriya ordusu qüvvələri kənarında Rusiya hərbi qüvvələrinin iştirak etməsi ilə bağlı məlumatları təkzib edib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İmran əl-Zəəbi Livanın əl-Minar telekanalı ilə müsahibədə deyib: Suriyada Rusiya qüvvələri yoxdur və ruslar Suriya ərazisində istər dəniz, istər hava, istərsə də quru, heç bir hərbi fəaliyyətdə iştirak etmirlər.Əl-Zəəbi Rusiya qüvvələrinin terrorizmə qarşı Suriya ordusunda döyüşmələri barədə yayılan məlumatarı qərbin təhlükəsizlik dairələrinin yaratdığı düşüncə adlandırıb və bu xəbərləri Suriya ordusunu zəif göstərmək və onun xarici qüvvədən kömək almağa əl atdığını göstərmək üçün cəhd hesab edib.
Suriyanın informasiya naziri həmçinin bu şayiələri düşmən ölkələr tərəfindən Bəşşar Əsədi devirmək üçün bəhanə adlandırıb.
ABŞ-ın Nyu York Tayms qəzeti son vaxtlar Amerikanın təhlükəsizlik təhlilçilərinə istinadla iddia edib ki, Rusiya Suriyaya hərbi qüvvə ezam edib.
Teqlər