İsrailin siyasətləri regionda gərginlik amilidir
Sen 13, 2015 15:19 Asia/Baku
-
İsrailin siyasətləri regionda gərginlik amilidir
İordaniya kralı İsrail rejiminin siyasətlərini regionda gərginlik amili adlandırıb.
Skay Nyus informasiya portalının verdiyi məlumata görə, sionist rejim hərbçilərinin bu gün əl-Əqsa məscidinə hücum etmələrinin ardınca İordaniya kralı 2-ci Abdullah sionistlərin İslam müqəddəslərinə hörmətsizliyini qəbuledilməz adlandırıb.İordaniya kralı İsrailin fələstinlilərə qarşı zorakılıqlarının davam etməsi barədə xəbərdarlıq edərək, bu kimi rəftarları regiondakı gərginliklərin başlıca amili adlandırıb və əlaqədar tərəflərin vasitəçiliyi ilə Fələstin məsələsinin ədalətli şəkildə və sülh yolu ilə həll edilməsini istəyib.
Sionist rejim hərbçiləri bu gün səhər əl-Əqsa məscidinə hücum edərək, namaz qılmaqla məşğul olan fələstinlilərə qarşı güc tətbiq ediblər.
Teqlər