Terrorizm ilə mübarizədə İraqın İran ilə əməkdaşlıq etməsi vacibdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197697-terrorizm_ilə_mübarizədə_İraqın_İran_ilə_əməkdaşlıq_etməsi_vacibdir
İraq Parlamentinin sədri terrorizm ilə mübarizədə ölkəsinin İran ilə əməkdaşlıq etməli olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2015 06:45 Asia/Baku
  • Terrorizm ilə mübarizədə İraqın İran ilə əməkdaşlıq etməsi vacibdir
    Terrorizm ilə mübarizədə İraqın İran ilə əməkdaşlıq etməsi vacibdir

İraq Parlamentinin sədri terrorizm ilə mübarizədə ölkəsinin İran ilə əməkdaşlıq etməli olduğunu bildirib.

BBC-nin cümə axşamı günü verdiyi məlumata görə, İraq Parlamentinin sədri Səlim əl-Cəburi deyib: İraq terrorizm və İŞİD ilə mübarizədə yardıma ehtiyaclıdır və dostlarının dəstəyi olmadan terrorizm ilə mübarizə apara bilməz.
Cəburi İran İslam Respublikasının İraqdakı iştirakı üçün hansısa maneənin olmadığına işarə edərək, deyib: Terrorizm ilə mübarizədə İranın rolunu görməməzliyə vurmaq olmaz. Və Bağdad bu sahədə Tehranla əməkdaşlıq etməlidir.
İraq Parlamentinin sədri həmçinin, bu ölkənin Milli Qvardiya qanunu barədə son günlər yaşayanan qalmaqallara işarə edərək, deyib: Bəziləri belə təsəvvür edirlər ki, belə bir qanunun qəbul edilməsi ölkəni parçalanmaya sürükləyə bilər. Amma, Milli Qvardiya silahlı qüvvələrin ali baş komandanının nəzarəti altında İraqın təhlükəsizliyinə zəmanət verə və İŞİD ilə savaşa bilər.
Cəburi daha sonra deyib: İraqdakı silahlı qruplar hökumət və ordu ilə yaxşı əməkdaşlığa malikdirlər.