Okt 02, 2015 17:49 Asia/Baku
  • Mina faciəsində həlak olanların ilk karvanı nəql olunmağa hazırdır
    Mina faciəsində həlak olanların ilk karvanı nəql olunmağa hazırdır

Rusiya qırıcı təyyarələri Suriyada İŞİD terror qruplaşmasının təlim mərkəzini və bir neçə mövqeyini bombardman ediblər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib: Hələb şəhəri yaxınlığında terrorçuların təlim mərkəzi hədəfə alınaraq məhv edilib.
Konaşenkov deyib: Həmçinin Həsəkə məntəqəsində terrorçuların təchizat və qüvvələrinin toplaşdığı mərkəzlər də qırıcılarla bombardman edilib və bir hərbi mərkəz tamamilə məhv edilib.
Rusiya ordusu ötən çərşənbə axşamı günündən Rusiya hökumətinin rəsmi müraciəti əsasında Dövlət Dumasından icazə aldıqdan terrorçular, əsasən də İŞİD-in mövqelərini bombardman etməyə başlayıb.
Rusiya hava hücumlarında terrorçuların təlim mərkəzləri, şəbəkələri, əlaqə bazaları, silah anbarlarının hədəfə alınmasının prioritet təşkil edəcəyini bildirərək Suriya dövlətinə qarşı ölkələr, xüsusilə də ABŞ, İngiltərə, Ərəbistan və Fransanın müraciətlərinə baxmayaraq, qeyd etmişdi ki, bombardmanlar münasib nəticənin əldə olunacağına qədər davam edəcək.
Rusiya Hərbi Hava Qüvvələri 60 ədəd Suxo 24, 25 və 35 bombardmançı qırıcı təyyarədən terrorçulara qarşı əməliyyatın icrası üçün istifadə edir.
4 il öncədən ifratçı və təkfirçi terrorçular, xüsusilə də İŞİD və əl-Nüsrə Cəbhəsi terror qruplaşmalarını silahlandıraraq və təchizatlandıraraq Suriyaya göndərən bu ölkə dövlətinə qarşı düşərgəyə üzv ölkələrin əsas üzvləri ABŞ və İngiltərə Rusiyanın hərbi əməliyyatından nigaranlıq edib və bu hərəkətləri təhlükəli adlandırıblar.
Rusiya bildirib ki, ABŞ-ın başçılıq etdiyi İŞİD əleyhinə koalisiyanın təxminən 1 il hərbi hava hücumlarının təsiri olmayıb. Üstəlik bu qruplaşma İraq və Suriyanın digər ərazilərinə də irəliləşmişdir.

Teqlər