Fələstinli qruplar İsrailin cinayətlərinə reaksiyaları alqışlayıblar
Okt 04, 2015 11:15 Asia/Baku
Fələstinli qruplar işğal altında olan Qüdsdə törədilən anti-sionist əməliyyatı sionistlərin fələstinlilərə qarşı cinayətlərinə cavab adlandırıblar.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Həmas-ın sözçüsü Hisam Bədran şənbə günü işğal altında olan Qüdsdə törədilən anti-sionist əməliyyatı alqışlayıb və deyib: Bu əməliyyat bir daha sübut etdi ki, Fələstin xalqı sionistlərin Qüds və əl-Əqsa Məscidinə qarşı cinayətləri qarşısında heç vaxt sükut etməyəcək.Şənbə günü Qüdsdə törədilən anti-sionist əməliyyat zamanı iki sionist qəsəbə sakini ölüb, daha iki nəfər isə yaralanıb.
Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonları isə bu əməliyyatı sionistlərin cinayətlərinə qarşı təbii cavab adlandırıb və müqavimətin davamına təkid edib.
Fələstinin İslami Cihad Hərəkatı və Fələstinli Sabirin Hərəkatı da ayrı-ayrılıqda bəyanatlar yayaraq, 19 yaşlı fələstinli gəncin Qüdsdə həyata keçirdiyi anti-sionist əməliyyatı İsrail rejiminin irqçi siyasətlərinə və fələstinlilərə qarşı artan hücumlarına cavab adlandırıblar.
Fələstin İslami Cihad Hərəkatının üzvü olan 19 yaşlı fələstinli gənc Məhənd Şəfiq əl-Hələbi şənbə günü axşam saatlarında Qüdsün qədim hissəsində 4 sionist qəsəbə sakininə hücum edərək, iki ifratçı ravvini qətlə yetirib, daha iki sionisti isə yaralayıb.
Bu fələstinli gənc daha sonra sionist hərbçilər tərəfindən güllələnərək, şəhid edilib.