Rusiya Suriya səmasında uçuşa qadağa zonasının yaradılması ilə müxalifət etdi
Okt 06, 2015 12:47 Asia/Baku
-
Rusiya Suriya səmasında uçuşa qadağa zonasının yaradılması ilə müxalifət etdi
Rusiya Suriya səmasında uçuşa qadağa zonasının yaradılması ilə müxalifət etdi.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bazar ertəsi günü İnterFaks ilə müsahibədə deyib: Rusiya Suriya səmasında uçuşa qadağa zonasının yaradılması ilə bağlı Türkiyənin təklifinə qarşıdır.Boqdanov ölkələrin hakimiyyət hququna hörmətin edilməsini vacib adlandırıb və deyib: Suriya səmasında uçuşa qadağa zonasının yaradılması təklifi nə BMT nizamnaməsinə, nə də beynəlxalq hüquqa əsaslanır.
Rusiyanın Suriyada terrorçuların mövqelərini hədəfə almağa başlaması ilə bir vaxtda Türkiyə dünən Suriya səmasının uçuşa qadağan edilməsi təklifi ilə çıxış edib.
Türkiyə dövləti həmçinin, Suriya prezidenti Bəşşar Əsədin hakimiyyətdən getməsini istəyib.
Rusiya hava qüvvələri ötən həftə Suriyada İŞİD-in mövqelərinə zərbələr endirməyə başlayıb. Bu hava hücumları zamanı indiyə kimi terrorçuların mövqelərinə ağır zərbələr endirilib. Bu isə həmin terror qruplaşmasının yaradıcı olan Amerika və Qərbi ciddi narahat etməyə başlayıb.
Rusiya hərbi hava qüvvələrinin İŞİD-in Suriyada nəzarət altında saxladığı ərazilərə hücumları davam edir və bazar ertəsi günü İŞİD-in hərbi təchizatları üzərinə öldürücü bombalar yağdırılıb.