Suriya ordusu Rusiya qırıcılarının himayəsi altda 70 km irəlilədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198261-suriya_ordusu_rusiya_qırıcılarının_himayəsi_altda_70_km_irəlilədi
Suriya ordusu Rusiyanın terrorçulara qarşı hava hücumlarının ilk mərhələsində Həma vilayətində 70 km irəliləməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2015 08:12 Asia/Baku
  • Suriya ordusu Rusiya qırıcılarının himayəsi altda 70 km irəlilədi
    Suriya ordusu Rusiya qırıcılarının himayəsi altda 70 km irəlilədi

Suriya ordusu Rusiyanın terrorçulara qarşı hava hücumlarının ilk mərhələsində Həma vilayətində 70 km irəliləməsindən xəbər verib.

Əl-Məyadin bildirir ki, Suriya ordusunun terrorçulardan təmizlədiyi ərazilərin 50 kilometri daha öncə Ərəbistanın himayəsində olan Ceyşül-Fəth terror qruplaşmasının nəzarəti altında idi. Bu məlumata görə, Suriya ordusu Rusiya hava qüvvələrinin dəstəyi ilə Həma şəhərinin şimal hissəsində irəliləyişlərə malik olub, Kəfər Nəbudə şəhəri və bir neçə kəndi nəzarət altına alıb.
Rusiya qırıcıları çərşənbə günü Həma vilayətinin şimal məntəqələrini habelə, İdlib vilayəti ilə qonşu əraziləri hədəfə alıblar. Bu hücumlarla bir vaxtda Suriya ordusu yer-yer tipli raketlərdən istifadə edərək, terrorçuların ən azı 4 mövqeyini hədəfə alıblar.