Okt 10, 2015 18:48 Asia/Baku
  • Suriyanın müxtəlif məntəqələrində yüzlərlə terrorçu öldürülüb
    Suriyanın müxtəlif məntəqələrində yüzlərlə terrorçu öldürülüb

Suriyanın müxtəlif vilayətlərində yüzlərlə terrorçu Rusiya qırıcıları və Suriya ordusunun hücumlarında öldürülüb.

Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, ötən sutka ərzində Rusiyanın Suriyanın şimal-qərbindəki Hələb və İdlb, qərbindəki Həmah və şimalındakı Əlriqqə vilayətlərində terror qruplarının altmışdan çox mövqeyinə qarşı hava hücumlarında üç yüzdən çox terrorçu öldürülüb.
Suriya ordusu da öz irəliləyişlərini davam etdirir.
Suriya ordusunun siyasi məsələlər üzrə rəisi general Səmir Suleyman deyib ki, bu ölkənin ordu qüvvələri Rusiyanın hava dəstəyi ilə Laziqiyyə vilayətindəki Biksa şəhərini Cibhətunnusrə terrorçularından geri ala biliblər.
Biksa şəhəri təqribən iki ay bundan öncə bu terror qrupunun işğalı altına keçmişdi.
Rusiya ordusunun hava və quru qoşunları həmçinin Həmahın şimal ətrafındakı Ətşan, Əltəmaniə və Təl-Səkik kəndlərində İŞİD terrorçularının toplaşma mərkəzinə qarşı geniş hücumlarda əlli İŞİD-çi terrorçunu məhv ediblər.
Cibhətunnusrə terror qrupunun tabeliyində olan 75 ünsür də Həmahın şimal ətrafındakı Umm Hartin kəndində öldürülüb.

Teqlər