İraq Kürdüstanı Demokrat Partiyasından 11 nəfər ölüb və yaralanıb
Okt 11, 2015 20:18 Asia/Baku
-
İraq Kürdüstanı Demokrat Partiyasından 11 nəfər ölüb və yaralanıb
İraq Kürdüstanı Demokrat Partiyasının başçıları partiyanın İraqın şimalındakı Süleymaniyyə şəhərində yerləşən qərargahlarına qarşı hücumda bu partiyanın tabeliyində olan qüvvələr və işçilərdən on bir nəfərin ölməsi və yaralanmasından xəbər veriblər.
Əlsuməriyyə kanalı portalının məlumatına görə, İraq Kürdüstanı Demokrat Partiyasının Məsud Barizaninin rəhbərlik etdiyi qolu bazar günü bildirib ki, son iki gündə etirazçıların partiyanın qərargahlarına qarşı hücumlarında partiya qüvvələrindən iki nəfər ölüb, doqquz nəfər də yaralanıbdır.İraq Kürdüstanı Demokrat Partiyasının Süleymaniyyədəki qolu vurğulayıb ki, İŞİD-ə öz planlarının icrası üçün İraq Kürdüstanının durumundan bəhrələnməyə yol verməyəcək.
İraq Kürdüstanı Demokrat Partiyasının başçıları bildiriblər ki, vətəndaşların təhlükəsizliyini qorumaq və daha çox hücumun qarşısını almaq üçün bəzi qərargahları Süleymaniyyədəki təhlükəsizlik xidmətlərinə təhvil vermək qərarına gəliblər.
Ötən günlərdə və bazar günü Süleymaniyyə və İraq Kürdüstanı məntəqəsinin digər şəhərləri aksiyalar səhnəsi olub və partiyaların qərargahlarının yandırılması ilə nəticələnibdir.