Qüdsdə daha bir fələstinli şəhid edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198493-qüdsdə_daha_bir_fələstinli_şəhid_edildi
Sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin davamında daha bir fələstinli gənc Qüdsdə sionistlər tərəfindən güllələnərək, qətlə yetirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2015 17:42 Asia/Baku
  • Qüdsdə daha bir fələstinli şəhid edildi
    Qüdsdə daha bir fələstinli şəhid edildi

Sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin davamında daha bir fələstinli gənc Qüdsdə sionistlər tərəfindən güllələnərək, qətlə yetirilib.

Livanın əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, sionist rejim hərbçiləri çərşənbə günü bir fələstinli gənci işğal altında olan Qüdsün Babül-Əmud məntəqəsində şəhid ediblər. Bununla da bu gün sionistlər tərəfindən güllələnərək, şəhid edilən fələstinlilərin sayı 4-ə çatıb.
Çərşənbə günü səhər saatlarında da sionist rejim hərbçiləri Beytül-Müqəddəs və Təl-Əvivin yaxınlığında 3 fələstinlini güllələyərək, şəhid etmişdilər.
Fələstin torpaqları artıq iki həftədir ki, sionistlərin əl-Əqsa məscidinə hörmətsizliyi və bu məscidi zaman və məkan baxımından bölməyə çalışmasına reaksiya olaraq fələstinlilərlə sionist rejim hərbçiləri arasında toqquşmaların şahididir. İndiyə kimi bu müddət ərzində sionist hərbçilər 30-dan çox fələstinlini şəhid ediblər.
Fələstinin Əsirlər və Azadələr Komitəsinin sədri İsa Qəraqe də bildirib ki, cari ilin oktyabr ayının əvvəlindən indiyə kimi 800 fələsitnli sionist rejim hərbçiləri tərəfindən həbs edilib.