Bir fələstinli əkinçi sionistlər tərəfindən şəhid edilib
Okt 15, 2015 10:24 Asia/Baku
-
Bir fələstinli əkinçi sionistlər tərəfindən şəhid edilib
Bir fələstinli əkinçi sionist qəsəbə sakinlərinin hücumu nəticəsində şəhid olub.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, 46 yaşlı fələstinli əkinçi Riyaz İbrahim Yusif çərşənbə günü İordan çayının qərb sahilində Ramullah şəhərinin qərbində yerləşən əl-Caniyə kəndində əkin sahəsindən döndüyü zaman sionist qəsəbə sakinlərinin bir qrupunun hücumuna məruz qalıb və şəhid olub.Başqa bir məlumata görə, sionist rejim hərbçiləri Nablosun şərq və cənub-şərqində Kəfər Qəlil və Təl şəhərciyinə basqın edib və 6 fələstinli gənci həbs ediblər.
İsrail rejimi hərbçiləri əl-Xəlil şəhərinin ətrafına hücum edib və işğal olunmuş Fələstinin cənubunda sionist hərbçilərə qarşı intihar əməliyyatı icra edən şəhid Əmcədin mənzilini dağıdıblar.
Əl-Əqsa məscidinə hörmətsizlik, sionistlər tərəfindən məkan və zaman bölgüsü üzrə məkrli planın icrasından sonra Fələstin əraziləri ötən iki həftədən indiyə qədər fələstinlilərlə sionist hərbçilər arasında qarşıdurma səhnəsinə çevrilib. Sionistlərin hücumları nəticəsində 30-dan çox fələstinli şəhid olub və yüzlərlə nəfər də yaralanıb.
Teqlər