Brucerdi Fələstin partiya və qruplarının rəhbərləri ilə görüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198548-brucerdi_fələstin_partiya_və_qruplarının_rəhbərləri_ilə_görüşüb
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri və Fələstinin partiya və qrupları Fələstin və regionun vəziyyətini araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2015 11:30 Asia/Baku
  • Brucerdi Fələstin partiya və qruplarının rəhbərləri ilə görüşüb
    Brucerdi Fələstin partiya və qruplarının rəhbərləri ilə görüşüb

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri və Fələstinin partiya və qrupları Fələstin və regionun vəziyyətini araşdırıblar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Fələstin qrupları və partiyalarının nümayəndələri cümə günü Əlaəddin Brucerdi ilə görüşdə Fələstinin 3-cü intifazəsinin başlanmasına toxunaraq Fələstin və Qüdsün sionist rejimin işğalından azad edilməsinə qədər müqavimətin davam edəcəyini vurğulayıblar.
Livanda Fələstin İslami Cihad Hərəkatının ofisinin rəhbəri Əbu İmad əl-Rifai bu görüşdə sionist rejimin hücumları qarşısında Fələstin xalqı və islam müqəddəslərinin islam və ərəb ölkələri tərəfindən dəstəyə ehtiyaclı olduğunu bildirərək əlavə edib: Fələstin xalqı birliyi ilə sionist təcavüzkarlar qarşısında dayanmışdır.
Əl-Rifai deyib: Sionistlər tərəfindən fələstinli qruplar arasında təfriqə yaratmaq siyasəti məğlubiyyətə uğrayıb və fələstinlilər müqavimət və intifazə ilə onların qarşısında dayanırlar.