İran Livanın milli danışıqlarını dəstəkləyir
Okt 16, 2015 20:35 Asia/Baku
-
İran Livanın milli danışıqlarını dəstəkləyir
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İran İslam Respublikasının Livanın milli danışıqlarını dəstəklədiyini elan edib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, bir heyətin müşayiəti ilə Livana səfər etmiş Əlaəddin Brucerdi cümə günü bu ölkənin baş naziri Tamam Salamla görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib: İran Livanın milli və daxili danışıqlarını dəstəkləyir.Brucerdi ümidvarlıq edib ki, Livan parlamentinin sədri Nəbih Berrinin təşəbbüsü ilə başlanan Livan milli danışıqları tezliklə müsbət nəticələrə nail olacaq.
Livanın bir il yarımdır ki, prezidenti yoxdur və bu ölkə parlamenti indiyə qədər prezident seçə bilməmişdir.