Okt 18, 2015 11:45 Asia/Baku
  • İraq nümayəndəsi: ABŞ İraqa izahat verməlidir
    İraq nümayəndəsi: ABŞ İraqa izahat verməlidir

İraq Parlamentinin üzvü ABŞ dövlətindən istəyib ki, bu ölkəyə aid pilotsuz uçan aparatın İŞİD terrorçuları ilə döyüş meydanından xeyli uzaqda uçuş həyata keçirməsi ilə bağlı izahat versin.

İRNA-nın məlumatına görə, Qasım Ərci şənbə günü bir bəyanat yayaraq, ABŞ-ın İraqın şərq və cənub məntəqələrindəki iştirakının artması təhlükəsi barədə xəbərdarlıq edib.

İraq Parlamentində Bədr fraksiyasının sədri olan Ərci ABŞ dövlətindən istəyib ki, bu ölkənin casusluq təyyarəsinin İraqın şərqində yerləşən Vasit vilayəti üzərində həyata keçirdiyi uçuşla bağlı izahat versin.

Ərci İŞİD-in İraqın qərb və şimal bölgələrində olduğunu ABŞ-a xatırladaraq, mərkəzi və ya cənub məntəqələrində terrorçuların olmadığını bildirib.

Şənbə günü ABŞ-ın raketlə təchiz edilmiş bir ədəd pilotsuz uçan aparatı İraqın şərqində, Vasit vilayətinin mərkəzi olan Kut şəhərinin 18 kilometrliyində süqut edib. Bu uçan aparatın qalıqları İraqın təhlükəsizlik qüvvələrinin əlinə keçib.

Teqlər