Bir şəhadətsevər əməliyyatda iki sionist öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198663-bir_şəhadətsevər_əməliyyatda_iki_sionist_öldürülüb
Bir gənc fələstinlinin işğal olunmuş Ber Əlsəbəə şəhərində keçirdiyi şəhadətsevər əməliyyatı yüksək rütbəli bir sionist zabitin və bir sionist qəsəbə sakininin ölməsi ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2015 10:36 Asia/Baku
  • Bir şəhadətsevər əməliyyatda iki sionist öldürülüb
    Bir şəhadətsevər əməliyyatda iki sionist öldürülüb

Bir gənc fələstinlinin işğal olunmuş Ber Əlsəbəə şəhərində keçirdiyi şəhadətsevər əməliyyatı yüksək rütbəli bir sionist zabitin və bir sionist qəsəbə sakininin ölməsi ilə nəticələnib.

Fars xəbər agentliyinin məlumatına görə, bir fələstinli gənc bazar günü gecə Ber Əlsəbəə şəhərində soyuq və odlu silahlarla bu şəhərin mərkəzi terminalı və ticarət mərkəzində sionist hərbçilər və bir qrup sionist qəsəbə sakininə hücum edib. Bu əməliyyatda yüksək rütbəli bir sionist zabit ölüb və səkkiz nəfər də yaralanıbdır.
Məlumatlara görə, bu əməliyyatda öldürülmüş ikinci şəxs Eritreya mənşəli bir sionist qəsəbə sakini olub və sionist rejimin təhlükəsizlik qüvvələrinin atəşləri ilə öldürülüb.
Bu şəhadətsevər əməliyyatın icraçısı da sionistlərin atəşləri ilə şəhid olub.
Sionist medialar azı on səkkiz sionistin yaralandığını etiraf edib və vurğulayıblar ki, yaralılar arasında bir qrup sionist hərbçi də nəzərə çarpır.
İndiyədək heç bir qrup bu əməliyyatın məsuliyyətini üzərinə götürməyib, amma İslami Cihad və Həmas hərəkatları bu əməliyyatı yüksək qiymətləndiriblər.