Suriyanın qərbində onlarla terrorçu öldürülüb
Okt 19, 2015 16:34 Asia/Baku
-
Suriyanın qərbində onlarla terrorçu öldürülüb
Suriyanın müxtəlif məntəqələrində terrorçuların mövqelərinə qarşı hava hücumlarının davamında bu ölkənin qərbində qırx terrorçu öldürülüb.
IRIB-nin məlumatına görə, Suriyanın Həmah vilayətində İŞİD-in mövqelərinə qarşı hava hücumlarında onlarla terrorçunun məhv edilməsindən əlavə, terrorçuların on altı avtomobili də məhv edilib.Əlaləm telekanlı da bildirib ki, Suriyanın ordu qüvvələri Həmah vilayətindəki Təl-Zicərm məntəqəsində terror qruplarının pulemyotla təchiz olunmuş bir avtomobilini məhv edib və onun sərnişinlərini öldürüblər.
Digər xəbərə görə, Suriya ordusu bu ölkənin şimalındakı Hələb şəhərinin ətrafında yerləşən müxtəlif məntəqələrdə keçirdiyi əməliyyatın davamında suriyalı və rus qırıcıların dəstəkləri ilə Əlvəzihi, Əlqəddarə, Əlhuvəycə və Əlsəbihiyyə məntəqələrini terrorçuların işğalından çıxarıbdır.
Dəra məntəqəsində də Suriyanın ordu qüvvələri silahlı terrorçularla döyüşdə onlara böyük xəsarətlər vurub və bir neçə binanı onların işğalından çıxarıblar.
Başqa bir xəbərə görə, ötən ayda imzalanmış atəşkəs razılaşması istiqamətində Suriyanın Qırmızı Aypara Cəmiyyəti və Qızıl Xaç Komitəsinin köməyi ilə tibb yardımları və digər humanitar yardımlar daşıyan otuz üç yük maşını Dəməşq ətrafındakı Məzaya məntəqəsi və Əlzubdani şəhərinə, eləcə də İdlib vilayətində mühasirədə olan Kəfəriyya və Əlfuə məntəqələrinə daxil olub.