İsrail hərbçiləri fələstinli bir qızı yaraladılar
Okt 21, 2015 13:46 Asia/Baku
-
İsrail hərbçiləri fələstinli bir qızı yaraladılar
Fələstinlilərlə İsrail hərbçiləri arasındakı toqquşmaların davamında, sionist rejim hərbçiləri Nablosun cənubunda 14 yaşlı bir fələstinli qızı yaralayıblar.
Fələstinin əl-Vətən informasiya portalının verdiyi məlumata görə, Nablosun cənubunda yerləşən Madma kəndinin sakinlərindən olan Əstəbrəq Əhməd Nur adlı 14 yaşlı fələstinli qız İsrail hərbçilərinin açdığı atəş nəticəsində yaralanıb, daha sonra həbs edilib.İsrail hərbçiləri həmçinin Qərb Sahili və işğal altında olan Qüdsdə fələstinlilərin evlərinə basqın edərək, 34 nəfəri həbs ediblər.
Fələstinin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, oktyabr ayının əvvəlindən fələstinlilərlə sionistlər arasında baş qaldıran toqquşmalar indiyə kimi 51 fələstinlinin şəhid olması ilə nəticələnib. Həyatını itirən fələstinlilərin 12-si uşaq olub.
İndiyə kimi bu toqquşmalarda 5561 fələstinli də sionist rejim hərbçiləri tərəfindən atılan rezin güllələr və ya gözyaşardıcı qazlar nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Teqlər