Əl-İbadi terrorizm ilə mübarizədə İraqın himayə edilməsini istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198754-Əl_İbadi_terrorizm_ilə_mübarizədə_İraqın_himayə_edilməsini_istədi
İraq baş naziri təkfirçi İŞİD terrorçuları ilə mübarizədə ölkəsinin himayə edilməsini istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2015 13:47 Asia/Baku
  • Əl-İbadi terrorizm ilə mübarizədə İraqın himayə edilməsini istədi
    Əl-İbadi terrorizm ilə mübarizədə İraqın himayə edilməsini istədi

İraq baş naziri təkfirçi İŞİD terrorçuları ilə mübarizədə ölkəsinin himayə edilməsini istədi.

İraq xəbər agentliyinin verdiyi məlumata görə, bu ölkənin baş naziri Heydər əl-İbadi çərşənbə axşamı Bağdadda ABŞ silahlı qüvvələrinin müştərək qərargah rəisi general Cozef Danford ilə görüşdə terrorçuların işğalından azad edilmiş məntəqələrə nəzarətin edilməsi üçün İraq polisi və təlükəsizlik qüvvələrinə təlimlərin keçilməsi barədə danışıqlar aparıb.

Bu məlumata görə, əl-İbadi İraq silahlı qüvvələrinin əl-Ənbar vilayəti və Bici şəhərinin ətrafında təkfirçi İŞİD terrorçuları ilə döyüşləri haqda danışarkən, terrorizm ilə mübarizədə İraqın daha artıq himayə olunmasını istəyib.

İraq baş naziri əlavə edib: İraq silahlı qüvvələrinə təlim keçmək, xüsusilə onları terrorçular ilə döyüşə hazırlamaq və silahlandırmaq vacibdir.

ABŞ silalı qüvvələrinin baş qərargah rəisi Cozef Danford da bu görüşdə Bici şəhəri və əl-Ənbar vilayətində əldə etdiyi uğurlara görə, İraq ordusu və dövlətini təbrik və ABŞ dövlətinin terrorizm ilə mübarizədə İraqa olan himayələrinə təkid edib.