Sionist qəsəbə sakinləri fələstinlilərə hücum ediblər
Okt 25, 2015 13:55 Asia/Baku
-
Sionist qəsəbə sakinləri fələstinlilərə hücum ediblər
İfrat sionist qəsəbə sakinləri işğal olunmuş Qüds şəhərində bir fələstinlinin avtomobilini yandırıblar.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, ifrat sionistlər bazar günü işğal olunmuş Qüds şəhərinin şərqində Üm Tuba məntəqəsi küçələrindən birində divarların üzərinə irqçilik şüarları yazaraq bir fələstinlinin avtomobilini yandırıblar.Sionist qəsəbə sakinləri həmçinin irqçi şüarlarında fələstinlilərin qırğın edilməsini istəyiblər.
Başqa bir məlumata görə, sionist qəsəbə sakinləri sionist hərbçilərin dəstəyi ilə Babul-Müğaribə tərəfindən əl-Əqsa məscidinə daxil olublar.
Bu arada çoxlu sayda sionist hərbçi də əl-Əqsa məscidinin həyətlərində yerləşdirilib və bu məscid qarşıdurma və gərginlik astanasındadır.
Fələstin vətəndaşları 2015-ci il oktaybr ayının əvvəlindən islam müqəddəsləri, o cümlədən əl-Əqsa məscidinə dəstək üzrə Qüds intifazəsinə başlayıb və sionistlərin bu məscidə hücumu ilə mübarizə aparırlar.
Teqlər