Qərb Sahilində daha bir fələstinli şəhid edildi
Okt 28, 2015 05:38 Asia/Baku
-
Qərb Sahilində daha bir fələstinli şəhid edildi
Gənc bir fələstinli Qərb Sahiliində sionist rejim hərbçiləri tərəfindən şəhid edilib.
MƏA xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri çərşənbə axşamı əl-Xəlil şəhərinin mərkəzində, Təl Ərmidə məntəqəsində 23 yaşlı fələstinli gənc Humam Ədnan Səidi güllələyərək, şəhid ediblər.Anti-sionist qəsəbə hərəkatının koordinatoru İsa Əmr bu barədə deyib: Sionist rejim hərbçiləri yolu keçmək istəyən bu fələstinli gəncə atəş açaraq, onu şəhid ediblər. Daha sonra sionist hərbçilər bu gənc fələstinlinin cənazəsinin kənarına bıçaq qoyaraq, onun guya bir sionist hərbçiyə hücum etmək istədiyini iddia ediblər.
Hadisə yerində olan xarici hüquq müdafiəçiləri də bu faktı təsdiq ediblər.
Bu fələstinli gəncin şəhid edilməsi ilə oktyabrın əvvəlindən indiyə kimi sionist rejim hərbçiləri tərəfindən şəhid edilən fələstinlilərin sayı 64-ə çatıb.
Teqlər