Okt 29, 2015 09:25 Asia/Baku
  • Rusiya qırıcıları Suriyada onlarla İŞİD məkanını məhv etdilər
    Rusiya qırıcıları Suriyada onlarla İŞİD məkanını məhv etdilər

Rusiya qırıcı təyyarələri Suriyada İŞİD terror qruplaşmasının onlarla gizli məkanını bombardman ediblər.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bir bəyanatda bildirib: Rusiya qırıcılarının hücumlarında Suriyanın müxtəlif bölgələrində İŞİD-ə aid 118 məqsəd məhv edilib.
Bu bəyanatda bildirilib: Rusiya qırıcı təyyarələri ötən sutka ərzində 71 uçuş həyata keçiriblər.
Bu məlumata görə, bu hücumlarda Suriyanın Homs vilayətinin Təlbisə şəhəri yaxınlığında Əl-Qaidə terror qruplaşmasına bağlı əl-Nüsrə Cəbhəsinə aid bir komandanlıq mərkəzi dağıdılıb.
Rusiya qırıcıları hələb vilayətində də terrorçuların silah anbarını partladıblar.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib: Bu ölkənin Suriyada hərbi tapşırıqlarının sayı artıb.
Rusiya 2015-ci il 30 sentyabrdan Suriya hökumətinin müraciəti əsasında bu ölkədə İŞİD təkfirçi terror qruplaşmasına qarşı hava hücumlarına başlayıb.

Teqlər