İraqda münafiqlərin yerləşdiyi məkan raketlə atəşə tutulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199068-İraqda_münafiqlərin_yerləşdiyi_məkan_raketlə_atəşə_tutulub
Təhlükəsizlik dairələri İraqda Münafiqlər terror qruplaşmasının yerləşdiyi məkanın raketlə atəşə tutulduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2015 07:25 Asia/Baku
  • İraqda münafiqlərin yerləşdiyi məkan raketlə atəşə tutulub
    İraqda münafiqlərin yerləşdiyi məkan raketlə atəşə tutulub

Təhlükəsizlik dairələri İraqda Münafiqlər terror qruplaşmasının yerləşdiyi məkanın raketlə atəşə tutulduğunu bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının ərəb telekanallarına istinadla verdiyi məlumata görə, Bağdadın ətrafında Münafiqlər terror qruplaşması üzvlərinin yerləşdiyi Liberti bazasına raket hücumunda bu qruplaşmanın bir neçə üzvü ölüb və yaralanıb.
Libertidə təxminən 2400 Münafiqlər qruplaşmasının üzvü vardır.
İraqın şərqində iraqlılar tərəfindən Əşrəf bazasının ələ keçirilməsi və dağıdılmasından sonra Münafiqlər terror qruplaşmasının ünsürləri xaricə göndərilmək üçün Bağdadın ətrafında Liberti bazasına nəql olunublar.
Münafiqlər terror qruplaşması İraqın edam olunmuş diktatoru Səddamla 1991-ci ildə bu ölkənin cənub bölgələrində müxaliflərin repressiyası və kürdlərin qırğınında əməkdaşlıq edib. Elə buna görə, İraq xalqı bu ünsürlərin ölkələrindən çıxarılmasını tələb edir.