Ceyşül-Muxtar Liberti bazasına hücumun məsuliyyətini üzərinə götürüb
Okt 30, 2015 10:24 Asia/Baku
-
Ceyşül-Muxtar Liberti bazasına hücumun məsuliyyətini üzərinə götürüb
İraqın Ceyşül-Muxtar qrupunun rəhbəri Münafiqlər terror qruplaşması üzvlərinin yerləşdiyi Liberti bazasına hücumun məsuliyyətini üzərinə götürüb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ceyşül-Muxtar qrupunun rəhbəri Vəsiq əl-Bətat Fars Xəbər Agentliyi ilə müsahibədə 200-dən çox Münafiqlər qruplaşması üzvnünü ölməsi və yaralanması ilə nəticələnən İraq paytaxtı Bağdad ətrafında Münafiqlər terror qruplaşması üzvlərinin yerləşdiyi Liberti bazasına qarşı keçirilən əməliyyatı üzərinə götürüb.Vəsiq əl-Bətat əlavə edib: Ceyşül-Muxtar qrupu dəfələrlə terrorçu Münafiqlər qruplaşması başçılarına xəbərdarlıq etmişdi ki, dərhal İraq torpağını tərk etsinlər. Lakin onlar Avropa və Amerika ölkələrinin verdiyi silahlara görə, İraq torpağının bir hissəsini işğal etməkdə israrlıdırlar.
Ötən gün İraq paytaxtı Bağdadda Liberti bazasına raket hücumunda terrorçu Münafiqlər qruplaşmasının 25 üzvü ölüb və 200 nəfəri də yaralanıb. Onlardan bəzisinin vəziyyəti ağırdır.
Terrorçu Münafiqlər qruplaşmasının başçılarından Hüseyn Əbrişəmçi də bu hücumda öldürülüb.
Libertidə təxminən 2400 Münafiqlər qruplaşmasının üzvü vardır.
İraqın şərqində iraqlılar tərəfindən Əşrəf bazasının ələ keçirilməsi və dağıdılmasından sonra Münafiqlər terror qruplaşmasının ünsürləri xaricə göndərilmək üçün Bağdadın ətrafında Liberti bazasına nəql olunublar.
Münafiqlər terror qruplaşması İraqın edam olunmuş diktatoru Səddamla 1991-ci ildə bu ölkənin cənub bölgələrində müxaliflərin repressiyası və kürdlərin qırğınında əməkdaşlıq edib. Elə buna görə, İraq xalqı bu ünsürlərin ölkələrindən çıxarılmasını tələb edir.
Teqlər