Okt 31, 2015 13:51 Asia/Baku
  • Barizani kürdlərin emosiyalarından sui-istifadə etməkdə ittiham edilib
    Barizani kürdlərin emosiyalarından sui-istifadə etməkdə ittiham edilib

İraq Kürdüstanı məntəqəsinin yerli parlamentində islami birlik fraksiyasının sədri bu məntəqə başçısının kürdlərin istiqlaliyyətindən danışmasında məqsədini, kürdlərin emosiyalarını təhrik etmək üzrə səy adlandırıb.

IRNA-nın məlumatına görə, İraq Kürdüstanı məntəqəsinin yerli parlamentində islami birlik fraksiyasının sədri Əbu Bəkr Hele Deni bu məntəqənin başçısı- Məsud Barizani tərəfindən kürdlərin istiqlaliyyəti məsələsinin irəli sürülməsinə toxunaraq, deyib: Aydındır ki, İraqda terrorizmlə mübarizə ilə bir zamanda onun kürd dövlətinin təşkilini istəməsi yalnız İraq Kürdüstanı məntəqəsinin ümumi fikrini təhrik etmək üçündür.
Əbu Bəkr Hele Deni həmçinin həll edilməmiş olaraq qalmış siyasi ixtilafların davam etməsi və bununla bağlı həmin məntəqədə iqtisadi problemlərin baş qaldırması nəticəsində yaranmış İraq Kürdüstanı məntəqəsinin həssas şəraitinə toxunaraq, İraqın mərkəzi hökuməti ilə razılaşmanı vurğulayıb.
İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizani ötən avqustda demişdi ki, istiqlaliyyətə çatmaq üçün İraq Kürdüstanı məntəqəsinin qarşısında duran maneələr aradan götürülüb və kürdlərin də müstəqil hökumətə malik olmaq haqları var.
Məsud Barizaninin İraq Kürdüstanı məntəqəsinə qanuni sədrliyi 2015-ci il avqustun 19-da başa çatıb.
Bundan öncə "Middle East Panorama" xəbər portalı Ərəbistanın sioninst rejim, ABŞ və İngiltərənin İraqı üç ölkəyə parçalama planı ilə paralel olan "İraqda sünni bir ölkə təşkil etmək" üzrə səyinə toxunaraq, yazmışdı: İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizani kürdlərin istiqlaliyyətinin elan olunması istiqamətində bütün tərəflərin dəstəyini cəlb etmək üçün bütün səylərini səfərbər edib.

Teqlər