Mühribə cinayətlərinə görə İsrai əleyhinə şikayət
Noy 02, 2015 07:16 Asia/Baku
-
Mühribə cinayətlərinə görə İsrai əleyhinə şikayət
Fələstin özünüidarə hökuməti fələstinlilərə qarşı müharibə cinayətlərinə yol verdiyi üçün İsrail rejimi əleyhinə beynəlxalq məhkəməyə şikayət edib.
Qəzzə Əlan informasiya portalının verdiyi məlumata görə, İsrail radiosu Fələstinin xarici işlər naziri Riyzq Malikiyə istinadla bildirib ki, bu şikayət ərizəsi Fələstin özünüidarə hökuməti başçısı Mahmud Abbas ilə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Vato Bensuda arasında baş tutan görüşün ardınca təqdim edilib.Mahmud Abbas cümə günü Haaqa-da Vato Bensuda ilə görüşdə onu İsrail rejiminin Fələstin xalqına qarşı cinayətləri barədə məlumatlandırıb və bu məsələnin dərhal araşdırılmasını tələb edib.
Riyaz Malikinin dediyinə görə, fələstinlilərin İsrail rejimi hərbçiləri tərəfindən qırğın edilməsi barədə dəqiq faktlar Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna təqdim edilib.
Maliki deyib: Bu şikayətin bir hissəsi də fələstinlilərin evlərinin dağıdılması barədədir.
Cari ilin oktyabr ayının əvvəlində sionistlərin fələstinlilərə qarşı hücumlarının artması ilə, indiyə kimi 73 fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib, 2000-dən çox insan da yaralanıb.
Teqlər