İsrail Avropada anti-semitizmin genişlənməsindən nigarandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199247-İsrail_avropada_anti_semitizmin_genişlənməsindən_nigarandır
Sionist rejimin siyasi dairələri Avropa Birliyinin sionist sakinli qəsəbələrdə istehsal olunan məhsulları nişanlamasını sözün əsl mənasında "siyasi cəzalandırma" adlandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2015 14:27 Asia/Baku
  • 
İsrail Avropada anti-semitizmin genişlənməsindən nigarandır
    İsrail Avropada anti-semitizmin genişlənməsindən nigarandır

Sionist rejimin siyasi dairələri Avropa Birliyinin sionist sakinli qəsəbələrdə istehsal olunan məhsulları nişanlamasını sözün əsl mənasında "siyasi cəzalandırma" adlandırıblar.

Fələstinin Rəy əl-Yəum informasiya agentliyinin verdiyi məlumata görə, sionist rejimin iqtisadiyyat nazirliyi çərşənbə axşamı bildirib ki, Avropa Birliyinin İsrail qəsəbələrində istehsal olunmuş məhsulları nişanlaması fələstinli əməliyyatçılara bir hədiyyə və İsrailin siyasi cəzalandırılmasıdır.
Sionist Haaretz qəzeti də yazır: AB gələn həftənin çərşənbə günündən sionist qəsəbələrdə istehsal edilən məhsulların üzərinə xüsusi nişan dərc edəcək və bu qanun bütün Avropa ölkələrində icbari olacaq.
İsrail rejiminin xarici işlər nazirinin müavini Zipi Hotbeli də bu gün bir mətbuat konfransı təşkil edərək, AB-nin bu addımına qarşı rəsmi mövqe sərgiləmək istəyir.
Təl Əviv rəsmiləri Avropada anti-semitizmin genişlənməsindən nigaranlıq ediblər.
AB ötən illər ərzində sionist qəsəbələrdə istehsal edilən məhsulları qanunsuz elan edərək, bu məhsulların Avropa ölkələrində satışına maneələr yaradır.