İsrail hərbçilərinin fələstinlilər yaşayan məntəqələrə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199300-İsrail_hərbçilərinin_fələstinlilər_yaşayan_məntəqələrə_hücumları_davam_edir
Sionist rejim hərbçiləri Qərb Sahilində bir qrup fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2015 16:22 Asia/Baku
  • İsrail hərbçilərinin fələstinlilər yaşayan məntəqələrə hücumları davam edir
    İsrail hərbçilərinin fələstinlilər yaşayan məntəqələrə hücumları davam edir

Sionist rejim hərbçiləri Qərb Sahilində bir qrup fələstinlini həbs ediblər.

İordaniya xəbər agentliyinin verdiyi məlumata görə, İsrail hərbçiləri əl-Xəlil şəhərinə hücum edərək, fələstinlilərin evlərinə atəş açıb, 4 fələstinlini həbs ediblər.
Sionist rejim hərbçiləri həmçinin Beyt Ləhmin şərqində bir fələstinlinin evini işğal edərək, özləri üçün qərargaha çeviriblər.
İsrail hərbçiləri Xan Yunusun şərqində fələstinlilərin əkin sahələrinə də hücum edərək, xeyli əkin sahəsinə məhv ediblər.
Fələstinin milli və islami qüvvələri isə Qəzzə zolağında Fələstin xalqından istəyiblər ki, Qərb Sahilində cərəyan edən infitazəni himayə məqsədi ilə sabah cümə namazından sonra keçiriləcək aksiyada iştirak etsinlər.