Sionistlər fələstinlilərin mənzillərinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199361-sionistlər_fələstinlilərin_mənzillərinə_hücum_ediblər
Sionist qəsəbə sakinləri bu rejim hərbçilərinin dəstəyi ilə İordan çayının qərb sahilinin cənubunda yerləşən Əlxəlildə fələstinlilərin mənzillərinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2015 13:20 Asia/Baku
  • Sionistlər fələstinlilərin mənzillərinə hücum ediblər
    Sionistlər fələstinlilərin mənzillərinə hücum ediblər

Sionist qəsəbə sakinləri bu rejim hərbçilərinin dəstəyi ilə İordan çayının qərb sahilinin cənubunda yerləşən Əlxəlildə fələstinlilərin mənzillərinə hücum ediblər.

Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist qəsəbə sakinləri sionist hərbçilərin himayəsi ilə Əlxəlilin şərqindəki "Kəyat Ərbə" qəsəbəsi yaxınlığında fələstinlilərin mənzillərinə hücum edib və fələstinliləri döyüblər.
Sionist hərbçilər də Əlxəlildə sionist qəsəbələrin salınmasının genişlənməsi ilə müxalif olan fələstinli mərkəzə basqın ediblər. Onlar mərkəzdəki şəxsləri həbs və oradakı kameraları, mərkəzi arxivi və texniki vəsaitləri məhv ediblər.
İşğal olunmuş Fələstin əraziləri oktyabrın əvvəllərindən fələstinlilərin sionist rejimin Məsciduləqsa və Qüds qarşısındakı təcavüzkar siyasətlərinə qarşı geniş etirazlarının səhnəsi olub və Fələstin xalqının sionist rejimin Qüds intifazəsinə qarşı amansız hərəkətlərinə etirazının şiddətlənməsi ilə nəticələnibdir.
Səksən fələstinli Qüds intifazəsinin başlanması ilə şəhid olub, yüzlərlə nəfər də yaralanıb və həbs olunubdur.