Tul-Kərəmdə 17 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199410-tul_kərəmdə_17_fələstinli_yaralanıb
Sionist hərbçilər İordan çayının qərb sahilində yerləşən Tul-Kərəm şəhərinin qərbində 17 fələstinli gənci yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2015 06:34 Asia/Baku
  • Tul-Kərəmdə 17 fələstinli yaralanıb
    Tul-Kərəmdə 17 fələstinli yaralanıb

Sionist hərbçilər İordan çayının qərb sahilində yerləşən Tul-Kərəm şəhərinin qərbində 17 fələstinli gənci yaralayıblar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, yerli şahidlər bildiriblər: Sionist hərbçilər Tul-Kərəmin qərbində fələstinli gənclərin aksiyasına basqın edərək döyüş güllələrindən atəş açıb və 17 gənci yaralayıblar. Zəhərli qaz nəticəsində onlarla gəncin də tənəffüs sistemində problem yaranıb.
Beyt-Ləhm şəhərində Fələstin Qırmızı Aypara Cəmiyyətinin təcili və tibbi yardım departamentinin rəhbəri Məhəmməd Əvəz deyib: Sionist hərbçilər ötən gecə Beyt-Ləhmin qərbində Hovsan kəndinə basqın etdikdən sonra fələstinli gənclərlə toqquşublar.
Əl-Məyadin telekanalı da bildirib ki, sionist rejim qırıcı təyyarələri Qəzzə zolağının cənubunda Rəfəh keçidində Qəssam batalyonlarının bazalarının birini yaxınlığındakı məntəqəyə hücum ediblər.
Əl-Aləm telekanalı da 4 noyabrda avtomobillə vurulan sionist rejimin hərbçilərindən birinin öldüyünü bildirib. O İordan çayının qərb sahilində əl-Xəlil şəhəri yaxınlığında avtomobillə vurulmuşdu.