Sionistlərin Qərb Sahilinə hücumları davam edir
Noy 10, 2015 13:02 Asia/Baku
-
Sionistlərin Qərb Sahilinə hücumları davam edir
Sionist rejim hərbçiləri fələstinlilərə qarşı cinayətlərinin davamında Qilqiliyə şəhərinə hücum edərək, 25 fələstinlini həbs ediblər.
Fələstin mənbələri bildirirlər ki, Qilqiliyə şəhərinə hücum edən sionist rejim hərbçiləri həmçinin, fələstinlilərin evlərində axtarışlar apararaq, ev əşyalarına zərər və ziyanlar yetiriblər.İsrail hərbçiləri həmçinin dünən gecə Həmas-ın 24 üzvünü Qilqiliyə şəhərində həbs ediblər.
Fələstinlilər də sionist rejimin cinayətlərinə cavab olaraq Beytül-Müqəddəsdə bir İsrail hərbçisini soyuq silah ilə yaralayıblar.
Bu hadisənin ardınca İsrail hərbçiləri hadisəni törədənlərə tərəf atəş açaraq, bir fələstinlini yaralayıb, daha bir fələstinlini isə həbs ediblər.
Sionistlərin fələstinlilərə qarşı zorakılıqları, əl-Əqsa məscidinə qarşı hörmətsizlik və İsrailin kənd təsərrüfatı nazirinin bir heyətin başında əl-Əqsa məscidinə daxil olması, əl-Əqsa məscidinin fələstinlilər və sionistlər arasında zaman və məkan baxımından bölüşdürülməsi haqda xəbərlərin yayılması Qüds infitazəsinin başlanmasına səbəb olub.
Qüds intifazəsinin başlanmasından bəri 82 fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib.
Teqlər