Daha bir fələstinli gənc şəhid oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199520-daha_bir_fələstinli_gənc_şəhid_oldu
Sionist rejim hərbçiləri atəş açaraq daha bir fələstinli gənci şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2015 08:35 Asia/Baku
  • Daha bir fələstinli gənc şəhid oldu
    Daha bir fələstinli gənc şəhid oldu

Sionist rejim hərbçiləri atəş açaraq daha bir fələstinli gənci şəhid ediblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, sionist rejim hərbçiləri ötən gecə İordan çayının qərb sahilində əl-Xəlil şəhəri xəstəxanasına hücum edərək və 28 yaşlı fələstinli gənc Abdulla İzam Şəlalədəyə 4 dəfə atəş açaraq onu şəhid ediblər.
Sionistlər iki həftə öncə sionist qəsəbə sakinləri tərəfindən atəş açılaraq yaralanan və bu xəstəxanada yadan bu fələstinli şəhidin əmisi oğlu Əzmi İzzat Şəlalədəni də oğurlayıblar.
Sionist hərbçilər ərəb paltarında əl-Xəlil şəhəri xəstəxanasına hücum ediblər.
Bu fələstinli gəncin şəhid olması ilə oktyabr ayının əvvəlində başlayan Qüds İntifazəsi şəhidlərinin sayı 85 nəfərə çatıb.
Sionist rejim hərbçiləri həmçinin İordan çayının qərb sahilinin mərkəzində Ramullah şəhərinin yaxınlığında Qələndiya fələstinli düşərgəsinə hücum edərək onlarla fələstinlini yaralayıblar.
İşğal olunmuş Fələstin əraziləri 2015-ci il oktyabr ayının əvvəlindən fələstinlilərin sionist rejimin əl-Əqsa məscidi və Qüdsdə təcavüzkarlıq siyasətlərinə etirazlarının şahididir. Bu da Qüds İntifazəsinin başlanması ilə nəticələnib.